BŞBPİdə Xocalı qurbanları yad edildi FOTO


Digərləri 25 Fev 2020 21:37:00 152 0

BŞBPİdə Xocalı qurbanları yad edildi  FOTO

Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Anım mərasimində çıxış edən Bakı şəhər BPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Rəis müavini qeyd edib ki, 28 il əvvəl erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib.

Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev faciə ilə bağlı ətraflı çıxış edib.

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.