Xiaomi koronavirusa qarşı: ağıllı maska istehsalına başlandı


Digərləri 25 Fev 2020 21:45:00 175 0

Xiaomi koronavirusa qarşı: ağıllı maska istehsalına başlandı

Çinin texnologiya nəhəngi Xiaomi koronavirus əleyhinə önəmli addım atıb.

Son.az chip.az-a istinadən bildirir ki, şirkət "ağıllı" maska üçün patent alıb.

Xəbər verdiyimiz kimi, bir çox şirkət tələbin çoxluğundan istifadə edərək maska istehsalına başlayıb. Bu şirkətlərdən biri olan Xiaomi isə işi bir az irəli daşıyıb. Belə ki, şirkət fevralın əvvəllərində test etdiyi sensorlarla təchiz edilmiş Youpin F95 maskasını ictimaiyyətə tanıdıb.

Prosessor ilə təmin edilən maskanın uşaqlar üçün nəzərdə tutulduğu deyilir. Maskada sensorlar vasitəsilə toplanan məlumatların hesablanması xüsusi sistem də yaradılıb. Bu məlumatın bağlantı modlu vasitəsilə göndərilməsi də mümkündür. Paralel olaraq maskada standart hava filterinə güc verən batareyalar da yer alıb.

Sensorlar istifadəçinin hərəkət edib-etmədiyini, yaxud vəziyyətinin sabit olub-olmadığını da təyin edə bilir. Bu sensorlar, həmçinin, maskanın istifadə müddəti, kirlilik dərəcəsi, nəfəs həcmi, tənəffüs sayı kimi məlumatları da qeyd edəcək.