“Ferrari” Maranellodakı muzeyini bağlayıb


Digərləri 25 Fev 2020 21:48:00 102 0

“Ferrari” Maranellodakı muzeyini bağlayıb

İtaliyada çıxan "La Gazzetta dello Sport" qəzeti "Ferrari" komandasının bu ölkədə koronavirus ocağının yaranmasına necə reaksiya verməsindən yazıb. Ölkədə koronavirusa 200 yoluxma faktı qeydə alınıb. Artıq 7 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəşrin yazdığına görə, "Ferrari" Maranelloda muzeyini bağlayıb, bazaya turları ləğv edib və biznes səfərlərindən, demək olar, imtina edib.

Həmçinin məlumatda deyilir ki, məhdudiyyətlər bilavasitə yürüş komandasına da aid edilə bilər. İstisna deyil ki, Qran-prilər zamanı avtodromda olmasına ehtiyac duyulmayan bəzi əməkdaşlar məsafədən işləyəcəklər.

Xatırladaq ki, daha əvvəl Çin Qran-Prisi koronavirusla bağlı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni mövsümün birinci mərhələsi olan Avstraliya Qran-Prisi martın 13-15-də keçiriləcək.