Bakıda çoxmərtəbəli binada yanğın baş verib FOTO


Digərləri 25 Fev 2020 21:39:00 117 0

Bakıda çoxmərtəbəli binada yanğın baş verib  FOTO

Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi teznika ilə eyvana daxil olub. Alovun qarşısı alınıb.

Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.