PlayStation 5 neçəyə olacaq? –


Digərləri 25 Fev 2020 21:40:00 203 0

PlayStation 5 neçəyə olacaq? –

Yaponiyanın texnologiya nəhəngi Sony maraqla gözlənilən yeni oyun konsolu modeli PlayStation 5-in (PS5) qiyməti haqqında önəmli ipucu verib.

Son.az ted.az-a istinadən bildirir ki, ötən aylarda PS5-in 2020-ci ilin sonunda satışa çıxacağı açıqlanan oyun konsolunun qiymətinin nə qədər olacağı maraqla gözlənilir.

Sony-dən verilən məlumatda məhsulun qiyməti haqqında dəqiq rəqəm göstərilməsə də, önəmli ipucu verilib. Belə ki, PS5-in 399 dollardan satışa çıxmasının o qədər də real olmayacağı açıqlanıb.

Başqa sözlə desək, PS5-in 400 dollardan baha olacağı rəsmiləşib.

Qeyd edək ki, RuthenicCookie yeni oyun konsolunun Ryzen 8 Core prosessoru ilə təmin ediləcəyini bildirib. Konsolun xüsusiyyətləri arasında ən çox maraq doğuran TFLOPS göstəricisidir. Analitiklər hesab edirlər ki, PS5in göstəricisi 10 TFLOPS-dan daha yüksək olacaq.