Skoda ilk elektrokrossoverinin adını açıqlayıb FOTO


Digərləri 25 Fev 2020 21:01:00 123 0

Skoda ilk elektrokrossoverinin adını açıqlayıb  FOTO

Skoda markası tamamilə elektrik enerjisi ilə hərəkətə gələcək ilk krossoverinin adını açıqlayıb. Yeni krossover Enyaq adlandırılacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, elektrokarın adı, irland dilində "həyat mənbəyi" mənasını verən Enya sözündən götürülüb. Çex istehsalçısı elektrokarın adında elektrikləşdirilməyə işarə edən "E" və şirkətin model xəttindəki digər krossoverlərlə əlaqəsini vurğulayan "Q" hərflərini birləşdirib.

Yeni modelin əsasını Volkswagen qrupunun xüsusi olaraq elektromobillər üçün hazırladığı MEB modul platformasında inşa ediləcəkdir. Zahiri cəhətdən elektrokar keçən ilki Cenevrə avtosalonunda debüt etmiş Vision iV konseptinə bənzəyəcəkdir.

Çex istehsalçısının Enyaq modelinin əmtəə versiyasını nə zaman təqdim edəcəyi hələlik açıqlanmayıb. Bununla birlikdə, Skoda nümayəndələri 2025-ci ilə qədər elektrik mühərriki və ya hibrid güc qurğusu ilə hərəkətə gələn ona qədər yeni modelin bazara çıxacağını söyləmişdilər. Bu günə, çex markasının təklif etdiyi yeganə elektrokar Citigo-e iV yığcam şəhər hetçbekidir.