TikTok valideynlərə nəzarət imkanı verəcək


Digərləri 25 Fev 2020 21:05:00 110 0

TikTok valideynlərə nəzarət imkanı verəcək

TikTok valideynlərə yeni funksiyası olan "ailə təhlükəsizliyi rejimi" ilə uşaqların telefondakı TikTok tətbiqinə nəzarət etmək imkanı verəcəyini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, TikTok yükləyən valideynlər tətbiqlərini uşaqlarınınkı ilə qarşılaşdıraraq bəzi xüsusiyyətlərə nəzarət edə biləcəklər.

Bu xüsusiyyətlərin arasında "məhdudlaşdırılmış rejim" ilə mesajlaşmanın tamamilə bağlanması da var.

Valideynlər tətbiqi uşaqların telefonundakı TikTok-la eyniləşdirməli və "rəqəmsal təhlükəsizlik" menyusuna girməlidirlər.