Zaqatalada itkin düşən məktəbli tapılıb


Digərləri 25 Fev 2020 21:12:00 107 0

Zaqatalada itkin düşən məktəbli tapılıb

Zaqatalada itkin düşən məktəbli tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə itkin düşən məktəblinin atası Fazil Qudiyev məlumat verib.

Onun sözlərinə görə, 13 yaşlı Rəcəb Qudiyev bu gün axşam saatlarında tapılıb.

Xatırladaq ki, hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 13 yaşlı Rəcəb Fazil oğlu Qudiyev ötən gün yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.