Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb


Digərləri 25 Fev 2020 21:13:00 104 0

Bakıda avtomobillə qadını vuran sürücü hadisə yerindən yayınıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.