Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO


Siyasət 25 Fev 2020 20:36:00 117 0

Ərdoğanın Azərbaycana səfəri başa çatıb  FOTO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.