Zaqatalada 37 yaşlı kişini bıçaqladılar


Sosial 25 Fev 2020 20:10:51 136 0

Zaqatalada 37 yaşlı kişini bıçaqladılar

Onun hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil. Yaralının müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Göygöl rayonununQırıxlı kənd sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov qarın boşluğundan bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Onun hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil. Yaralının müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.