"Makarov"la gəzən keçmiş məhkumun məhkəməsi başlayır


Sosial 25 Fev 2020 20:15:04 142 0

"Makarov"la gəzən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda qanunsuz silah-sursat gəzdirən Alqayıt Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıda qanunsuz silah-sursat gəzdirən Alqayıt Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Hakim Süleyman Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası martın 10-na təyin edilib.

Qeyd edək ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə təqsirləndirilən A.Məmmədov yanvar ayında Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.

A.Məmmədova Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz odlu silah gəzdirmə) maddəsi ilə ittiham verilib.