Beşinci Buktreyler Festivalı: İştirak üçün 8 addım!


Digərləri 25 Fev 2020 19:30:00 112 0

Beşinci Buktreyler Festivalı: İştirak üçün 8 addım!

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalında iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:

1. ONLINE QEYDİYYATDAN KEÇİN

Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.

2. SEVDİYİNİZ KİTABI SEÇİN

İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).

3. BUKTREYLERİN SSENARSİNİ YAZIN

Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.

4. BUKTREYLERİ HAZIRLADIĞINIZ SSENARİ ƏSASINDA ÇƏKİN

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan

smartfonlardan da istifadə etməklə "Ən yaxşı mobil bukteyler" nominasiyasında iştirak edə bilərsiniz.

5. ÇƏKDİYİNİZ MATERİALI MONTAJ EDİN

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.

6. MONTAJ ETDİYİNİZ MATERİALIN SƏS VƏ MUSİQİ TƏRTİBATINI İŞLƏYİN

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması  səbəbindən

buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.