İsveçrədə koronavirus aşkarlandı


Dünya 25 Fev 2020 20:04:31 117 0

İsveçrədə koronavirus aşkarlandı

Bu barədə ölkənin Federal İctimai Səhiyyə Ofisi məlumat yayıb.

İsveçrədə ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” RTS ictimai televiziyasına istinadən xəbər verir ki, bu barədə ölkənin Federal İctimai Səhiyyə Ofisi məlumat yayıb.

Hələlik yeganə olan yoluxma halı İtaliya ilə həmsərhəd Tiçino əyalətində baş verib.

Qeyd edək ki, qonşu Avstriya və Xorvatiyada da həmin xəstəliyə yoluxma halları barədə bildirilir.