"Çalıquşu"nun Fəridəsi qızını belə təbrik etdi FOTO


Digərləri 25 Fev 2020 19:34:00 128 0

"Çalıquşu"nun Fəridəsi qızını belə təbrik etdi  FOTO

Türkiyəli məşhur aktrisa Aydan Şener qızının doğum gününündə kövrək paylaşım edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa qızı Ecem Akbinin fotosunu öz ''İnstagram'' hesabında yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib. O fotonu ''Mənim gözəl qızım doğum günün mübarək.

Bu dünyaya sənin kimi təmiz qəlbli, sevgi dolu, vicdanlı bir ruh əmanət etdiyim üçün qürur duyuram. Hər şey ürəyincə olsun mələyim'' sözləri ilə şərh edib.

Qeyd edək ki, 32 yaşlı Ecem Akbin anasının yolu ilə gedərək aktrisalıq peşəsini seçib. O ''Medcezir''ə və bir neçə seriala çəkilib.