Xanlar Vəliyevin protestindən sonra ona ömürlük həbs verildi


Digərləri 25 Fev 2020 19:20:00 106 0

Xanlar Vəliyevin protestindən sonra ona ömürlük həbs verildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılaraq istintaqı aparılmış daha bir cinayət işi üzrə məhkəmə qərarı elan olunub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyində mühüm vəzifələrdə çalışmış İsmayılov Zakir Əlibala oğluna qarşı cinayət işindən gedir. O, dövlətə xəyanətdə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etmişdir.

Zakir İsmayılovun məhkəmə istintaqı yekunlaşıb və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.