Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb


Kriminal 25 Fev 2020 18:11:00 135 0

Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən  Son.az-a verilən məlumata görə, əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gəncə-Moskva aviareysi ilə gedən vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki karton qutuda olan 2000000 (iki milyon) rus rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.