Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı


Digərləri 25 Fev 2020 18:50:00 135 0

Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı

Son zamanlar dünyada tibbi maskalara tələbat artması fonunda həmin məhsulların qıtlığı yaranıb.

Son.az bildirir ki, iqtisadçı alim Vüqar Bayramov Trend-ə bildirib ki, ölkəmizə tibbi maskalar xaricdən idxal olunduğundan, istehsalçı ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:

"Aparılan təhlillər göstərir ki, koronavirusla bağlı dünyada tibbi maskalara tələbatın artması hətta qlobal istehsal həcmi ilə uzlaşmır. Digər tərəfdən psixoloji amillər də həm dünyada, həm də ölkəmizdə tələbin kəskin artmasına gətirib çıxarıb".

Vüqar Bayramov deyib ki, aidiyyəti dövlət qurumları fors-major hallara hazırlıqlı olmalı, bu cür vəziyyət üçün rezerv yaratmalıdır. Digər tərəfdən, belə fors-major halları istisna olunmaqla respiratorlar yüksək istehlak tələbi olan məhsul olmadığından, sahibkarlar üçün gəlirli idxal sahəsi deyil.