İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı


Sosial 25 Fev 2020 18:32:38 115 0

İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.&

© google.az

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə,İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onlarınəksəriyyəti İrana ziyarətə gedənlərdir", - məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına məsələyə həssas yanaşmağı, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 31-ə çatıb. Bunlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, 2-si isə xüsusi ayrılmış tibb müəssisəsində həkim nəzarətindədir.