Şillə vurmaq istəyən atasını balta ilə öldürdü


Dünya 25 Fev 2020 18:26:00 114 0

Şillə vurmaq istəyən atasını balta ilə öldürdü

Türkiyənin Bursa şəhərində bir şəxs atasını balta ilə öldürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı Eyyub Y. 67 yaşlı atası Mehmet Y. ilə mübahisə edib.

Mübahisə böyüyüb və Eyyub Y. balta ilə atasının başına və kürəyinə vuraraq onu ölümcül yaralayıb.

Daha sonra o, polisə gedərək təslim olub.

"Atamla mübahisə etdik, o məni vurmaq istədi. Həmin an hirslə baltanı götürüb atamın başına vurdum, sonra da peşman olub polisə gəldim", - deyə Eyyub Y. ifadəsində bildirib.