ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq


Dünya 25 Fev 2020 18:05:32 115 0

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını azaldacaq

"İnsanlar bundan məmnundurlar"

“Əfqanıstandakı hərbçilərin sayını 8,6 minə endirmək üçün ciddi səylər göstəririk. İnsanlar da bundan məmnundurlar. Ardından son nəticənin nə olacağına qərar verəcəyik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Hindistana səfərindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

O həmçinin “Taliban”la fevralın sonunda əldə olunacağı gözlənilənrazılaşmaya ümid etdiyini bildirib və hələlik Əfqanıstandakı vəziyyətin dinamikasının müsbət olduğunu qeyd edib:“Minimum zorakılıq səviyyəsi ilə iki gün artıq geridə qalıb. Görək nə olacaq. Amma hər kəs bunun baş verməsini istəyir”.

Onun sözlərinə görə, ABŞ Əfqanıstandan qoşunların çıxarılması halında bu ölkədə və ümumilikdə bölgədə vəziyyəti izləyəcək və zəruri hallarda vəziyyətə müdaxilə etməyə kömək edəcək kəşfiyyat strukturlarını saxlayacaq.

Dövlət başçısı əlavə edib ki, ABŞ Əfqanıstanda asanlıqla hərbi qələbə qazana bilər, amma milyonlarla insanın ölümünü istəmədiyindən bunu etməyəcək.