Lavrov: “Danışıqlar təslim olmaq deməkdir”


Dünya 25 Fev 2020 17:46:02 146 0

Lavrov: “Danışıqlar təslim olmaq deməkdir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyanın İdlib bölgəsində müxalifətlə mümkün sülh danışıqlarının aparılmasını kapitulyasiya adlandırıb.

Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın İdlib bölgəsində müxalifətlə mümkün sülh danışıqlarının aparılmasını kapitulyasiya adlandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, müxalif qüvvələri "terrorçu" adlandıran Rusiya XİN başçısı onlarladanışıqları qəbuledilməz sayır:

“Beynəlxalq İctimaiyyət və İnsan Haqları Şurası ekstrimistlərin qarşısını kəsməlidir. Hələlik isə bizim həmkarların mövqeyi radikal və terrorçu qrupların fəaliyyətinə haqq qazandırır”, - S.Lavrov BMT-nin İnsan Haqları Şurasında çıxış edərkən söyləyib.

“Bu cür hərəkətlər terrorçular qarşısında kapitulyasiya, hətta onları hərəkətə təşviqləndirməkdir”, - XİN başçısı əlavə edib.