Nazirlik: Gəncədə güclü külək əsib


Sosial 25 Fev 2020 17:47:43 139 0

Nazirlik: Gəncədə güclü külək əsib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

© google.az

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki,fevralın 25-i saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları,Pirallahıda 23, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.