Koronavirusa görə film çəkilişi dayandı


Digərləri 25 Fev 2020 17:33:00 130 0

Koronavirusa görə film çəkilişi dayandı

Dünyanı cənginə alan koronavirus film sektoruna da təsirini göstərib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, artıq İtaliyaya da yayılan xəstəlik səbəbilə "Mümkünsüz tapşırıq" filminin oradakı çəkilişləri dayandırılıb.

Baş rolunda Tom Kruzun oynadığı filmin çəkilişinin davam edib-etməyəcəyi 1 mart tarixində bilinəcək.

Qeyd edək ki, filmin çəkiliş heyəti hazırda oteldədir və oradan çıxmırlar. Koronavirus səbəbilə futbol matçları, moda və incəsənət tədbirləri , hətta Venesiya karnavalı belə təxirə salınıb. İndiyədək ölkədə 7 nəfər koronavirusdan ölüb.