Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi


Dünya 25 Fev 2020 17:00:03 197 0

Ukraynalılar koronavirusla əlaqədar təxliyə edilməyi rədd etdi

20 gündür ki karantində qalan “Diamond Princess” kruiz gəmisindəki ukraynalılar təxliyə edilmək qərarını qəbul etməyib.

© google.az

İyirmi gündür karantində qalan “Diamond Princess” kruiz gəmisindəki ukraynalılar təxliyə edilmək qərarını qəbul etməyib.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi verib.

Məlumata görə, göyərtədə olan 25 ukraynalıdan 24-ü təxliyə olunmasını istəməyib. Rəsmi nümayəndənin açıqlamasına görə, onlar bu qərarı öz istəkləri ilə veriblər.

Xatırladaq ki, fevralın 20-si 80 Ukrayna vətəndaşı Çinin Uhan şəhərindən təxliyə edilib.