Gömrük külli miqdarda xarici valyuta tutdu


Sosial 25 Fev 2020 17:11:11 116 0

Gömrük külli miqdarda xarici valyuta tutdu

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar

© custom.gov.az

Dövlət Gömrük KomitəsininHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gəncə-Moskva aviareysi ilə gedən vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki karton qutuda olan 2 milyonrus rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.