“Xanım balıq ətli olar, məni belə sevirlər”


Şou-biznes 25 Fev 2020 17:28:00 174 0

“Xanım balıq ətli olar, məni belə sevirlər”

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzludur. Son.az xəbər verir ki, müğənni efirdə çəkisindən və onu sevənlərin məhz bu çəkidə sevməsindən danışıb: "Sizin nə işinizə qalıb, məni sevən belə sevir. Siz "Kökəlmisiniz" dedikcə mənə yazırlar ki, kökəlməmisiniz, belə yaxşısınız. Əslində, 67 kiloqram idim, düşmüşəm 63 kiloqrama. Hələ məndən də tələb edirlər ki, necə arıqlamısan, elə də qalx 67 kiloqrama. Xanım bir az ətli-qanlı, balıq ətli olar".