Bakıda yüksəksürətli yolda piyada belə vuruldu VİDEO


Digərləri 25 Fev 2020 16:49:00 127 0

Bakıda yüksəksürətli yolda piyada belə vuruldu  VİDEO

Bakının daha bir sürətli prospektində piyadanın vurulma anı kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, sürətli yolu keçmək istəyən 5 piyadadan birini avtomobil vuraraq yerindəcə öldürüb. Görüntüdən də görünür ki, onlar yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçirlər.

Bu zaman yüksək sürətlə hərəkət edən avtomobil piyadalardan birini vuraraq hadisə yerindən yayınır.  Piyadalara dəfələrlə tövsiyə olunmağına, irad bildirilməyinə və hətta onların inzibati qaydada məsuliyyətə cəlb edilmələrinə baxmayaraq yenə də məsuliyyətsizlik edib yolu piyada keçidindən keçmirlər. 

Yolda apardığımız müşahidələrdən belə nəticəyə gəlmək olur ki, piyadalar qəza zamanı yüz faiz sağ qalacaqlarına əmin olaraq qaydalara riayət etmirlər. Təbii ki, bu məsuliyyətsizlikdən başqa bir şey deyil.