""Tarqovı"da maskanı turistlərə 2 manata satırlar"


Şou-biznes 25 Fev 2020 16:32:00 116 0

""Tarqovı"da maskanı turistlərə 2 manata satırlar"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində canlı yayıma ağzına maska bağlayaraq çıxıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb Tolikin maska qiymətlərinin bahalaşmasına etirazı olub. O bildirib ki, yaşadığı ərazidə maskaları baha qiymətə satırlar:

"Bunu taxmaqla xəstəlikdən qorxduğumu göstərmək istəmirəm. Bunu etiraz etmək üçün taxdım. Nərimanov rayonu ərazisində yaşayıram. Girdim aptekdən maska soruşdum. Əvvəl 10-15 qəpik idi, indi 50 qəpiyə qalxıb. Hətta "Tarqovı"nun mərkəzində 1-2 manata turistlərə satılır. Aptekdən spirt soruşdum, dedilər, 600 dənə satılıb.

Bu, dünən yox, aylar əvvəl Bakıya gəlib. İnsanların hər durumundan niyə istifadə edirsiz? Maska gündə 2 saatdan bir dəyişdirilməlidir. Belə çıxır ki, bir ailə 10 manat xərcləyib, maska almalıdır?