Vergi ödəyiciləri ilə bağlı məlumatlara çıxış asanlaşdı


İqtisadiyyat 25 Fev 2020 16:23:22 127 0

Vergi ödəyiciləri ilə bağlı məlumatlara çıxış asanlaşdı

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilib

© google.az

“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlıPrezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan əsas komponentləri müəyyənləşib.Qeyd olunub ki, elektron xidmətlər modulumalgöndərənlərin (podratçıların) VÖEN-i, hüquqi ünvanı, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin,habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcudolmaması barədə məlumatların əldə olunmasınıtəmin edəcək.