Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək


Dünya 25 Fev 2020 16:27:40 135 0

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava sabah Azərbaycana səfər edəcək.

Natia Turnava

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava sabah Azərbaycana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, nazir fevralın 27-28-də Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

Toplantıda iki ölkə arasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, komissiyanın həmsədrləri Gürcüstan və Azərbaycanın baş nazirləri - Giorgi Qaxaria və Əli Əsədovdur.