Dünyaya xəstəlik yayan Ermənistan SENSASİYA


Dünya 25 Fev 2020 16:11:00 159 0

Dünyaya xəstəlik yayan Ermənistan  SENSASİYA

Rusiya Jurnalistlər İttifaqının mükafatına layiq görülən, etnik münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Yutub kanalında "Jurnalist araşdırması" proqramının növbəti sayını yayımlayıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, ekspert bu dəfə Ermənistandan gələn həqiqi bioloji təhlükə barədə danışıb. Mixaylov bildirib ki, dünyada ABŞ bioloji silah laboratoriyalarının mövcudluğu uzun müddətdir insanlar üçün həyəcan təbilidir:

"Bir qayda olaraq, belə laboratoriyalar 3-cü dünya ölkələrinin ərazisində yaradılır və burada epidemiyalara qarşı mübarizə adı altında gizli şəkildə bakterioloji silahların sınağı keçirilir, müəyyən təbəqədə olan insanlara təsir göstərəcək xəstəlik daşıyan bakteriyalar yaradılır. Xüsusən irqi zəmində ölümcül viruslar inkişaf etdirilir. Təsadüfi deyil ki, son illərdə xərçəng xəstəliyindən ölüm halları sürətlə artmaqdadır. SSRİ-nin dağılmasından sonra ABŞ keçmiş geosiyasi rəqibinin respublikalarının ərazisində laboratoriyalar yaratdı. 10 bioloji laboratoriya Ermənistan ərazisində yerləşdirilib. 2008-ci ildən Pentaqon Ermənistanda biolaboratoriya şəbəkələri qurub. Bu layihə dünyanın 25 ölkəsində virusların aşkarlanması və zərərsizləşdirilməsi imkanlarını genişləndirir. Digər tərəfdən isə proqramın kuratoru Təhlükəsizliyə Təhdidlərin Azaldılması Agentliyi (DTRA) bioloji silahın işlənməsi və istifadəsi ilə bağlı gizli araşdırma aparır. Ermənistandakı laboratoriyalarda DTRA-nın çoxdan bioloji silah kimi öyrəndiyi Sibir xorası, bruselyoz, vəba, Afrika donuz vəbası və tulyaremiyanın patogenlərilə bağlı araşdırma aparılır. Bundan başqa, ABŞ Ermənistandakı məlumatlar bazasına giriş hüququna sahibdir və xüsusi təhlükəli patongenlərin nümunələrini ölkədən çıxarır.

Ermənistan mutasiya edilmiş virusların qeydə alındığı bir ölkədir. Bu virusların bəziləri bütün Qafqaza yayılıb. Bu da amerikalılara bioloji silahın Rusiyanın cənubunda və İranda necə işləməsi ilə bağlı kifayət qədər məlumat verir. Ermənistanda yalnız bir laboratoriya yaratmaq üçün ABŞ 50 milyon dollardan artıq vəsait xərcləyib.

Mixaylov xatırladıb ki, 2008-ci ildə ABŞ Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinə səhiyyə və kənd təsərrüfatı nazirliklərinin nəzdində iki laboratoriya yaratmaq üçün 9 milyon dollar ayıracağını vəd etmişdi:

"2018-ci ildə amerikalılar ölkədə tam biolaboratoriya şəbəkəsi yaratdılar. Onlardan 3-ü İrəvanda yerləşir. Regional laboratoriyalar isə İcevan, Gümrü, Martuni və Vanadzorda fəaliyyət göstərir. Bir fakta diqqət yetirmək lazımdır ki, ən gizli laboratoriyalardan biri Ermənistanın müttəfiqi olan Rusiyanın bu ölkədəki hərbi bazasının yerləşdiyi Gümrüdədir.

2015-ci ildə Amerika Mikrobiologiya Cəmiyyətinin (NCBI) saytında Qafqazda taun çöplərinin (Yersinia pestis) 11 genom kolleksiyasının yaradılması haqqında məlumat yayıldı. Bu işə görə ödənişi DTRA etmişdi. Bu genomlardan ikisi Ermənistanda idi. Maraqlıdır ki, araşdırmanı Ermənistanın hər hansı bir qurumu deyil, Uolter Red adına ABŞ Hərbi Araşdırmalar İnstitutunun mütəxəssisi Maykl Con Nikoliç aparıb. Bu institut da DTRA-nın bir bölməsi sayılır.

Bolqarıstanlı jurnalist Delyana Qaynatciyeva da ABŞ-ın Gürcüstandakı biolaboratoriyası ilə bağlı apardığı son araşdırmada Nikoliçin DTRA və Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzi tərəfindən ortaq araşdırmalarda iştirak etdiyini, keçmiş SSRİ ölkələrindən patogenlərin öyrənilməsinə cavabdeh olduğunu yazmışdı.

13 ildir Ermənistanda fəaliyyət göstərən Aqrobiznes və Kənd İnkişafı Mərkəzi (CARD) fondu kənd təsərrüfatını inkişaf etdirmək və yerli kənd təsərrüfatı məhsullarının satılması layihələrini həyata keçirməklə tanınır. Bundan əlavə, Ermənistan və "Dağlıq Qarabağ"ın "dövlət qurumları" ilə bir neçə layihəsi var. CARD bir erməni təşkilatı kimi qeydiyyata alınmasına baxmayaraq, ABŞ bazarlarına Giriş Proqramının (MAP) varisi hesab olunur.

Qarabağdakı erməni separatçılarının bu layihədə iştirakı onu deməyə əsas verir ki, ölümcül viruslar kənd təsərrüfatı məhsulları və heyvanlar vasitəsilə Azərbaycan ərazisinə asanlıqla daxil ola bilər. Qeyri-rəsmi məlumata görə, işğal olunmuş ərazilərdə insanlıq tarixində ən qorxulu pathogen virusların sınağı həyata keçirilir. Belə güman etmək olar ki, ordunu saxlamağa pul tapa bilməyən erməni siyasətçiləri sərhədyanı ölkəyə virus hücumu hazırlığına əl atır".