Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb


Dünya 25 Fev 2020 16:22:00 131 0

Hindistanda vətəndaşlıq haqqında qanuna etirazlarda 7 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklərlə əlaqədar başlayan etiraz aksiyalarında 7 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, etirazlar ABŞ Prezidenti Donald Trampın səfəri ərəfəsində başlayıb.

Aksiya zamanı avtomobillər yandırılıb, polislə etirazçılar arasında toqquşma baş verib.

Toqquşmalar nəticəsində azı 90 nəfər xəsarət alıb.