ABŞda 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi


Dünya 25 Fev 2020 16:27:00 135 0

ABŞda 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen qanunvericiliyin müzakirə olunduğu parlamentin iclasına dolu tüfənglə girib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər.

Baba nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə parlamentin iclasına gətirdiyini deyib.

"Beyli beş yaşından atəş açır. O, doqquz yaşı olarkən elə bu tüfəngdən özünün ilk maralını vurub. Nəvəm bu silahı məsuliyyətlə daşıyır və bilir ki, barmağı tətikdə saxlamaq olmaz", - baba bildirib.