Pərvizdən "Survivor"da MÖHTƏŞƏM QƏLƏBƏ


Şou-biznes 25 Fev 2020 15:34:00 175 0

Pərvizdən "Survivor"da MÖHTƏŞƏM QƏLƏBƏ

Həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "Survivor"da uğurlu çıxışını davam etdirib.

Son.az xəbər verir ki, Pərviz "Məşhurlar" ("Ünlülüər") komandasının ilk həftə üçün ən güclü kişi iştirakçısı seçildikdən sonra rəqibin ən çox qələbə qazanan üzvü ilə final yarışına çıxıb.

Dünya çempionu "Könüllülər"in ən güclüsü Cemal Cana heç bir şans verməyərək 3:0 hesabı ilə qələbə qazanıb.

"Survivor"da çətin şərtlər altında həftənin performans birincisi olmağı bacaran Pərviz komanda yoldaşlarından 3 nəfəri (Ersin, Barış, Elif) şiriniyyat mükafatından dadmağa aparıb.