Xaçmazda yaşayış binasının damını külək uçurdu


Digərləri 25 Fev 2020 15:10:00 137 0

Xaçmazda yaşayış binasının damını külək uçurdu

Güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 64 nömrəli beşmərtəbəli yaşayış binasının damını külək uçurub. Rayonun bir neçə yerində ağacları və işıq dirəklərini külək aşrıb. Nəticədə elektrik enerjisinin verilişində problemlər yaranıb.