Koronavirus artıq 37 ölkəyə yayılıb,


Dünya 25 Fev 2020 14:59:00 130 0

Koronavirus artıq 37 ölkəyə yayılıb,

Çində baş qaldırmış yeni koronavirus (COVID-19) artıq 37 ölkəyə yayılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, son sutka ərazində daha dörd ölkədə - Oman, Əfqanıstan, Küveyt və Bəhreyndə koronavirusa yoluxma qeydə alınıb.

Bununla da, koronavirus aşkarlanan ölkələrin sayı 37-yə çatıb.

Virusa yoluxma və ölüm sayına görə epidemiyanın baş qaldırdığı Çin liderdir. Çində indiyədək 77660 nəfər koronavirusa yoluxub, 2664 nəfər ölüb.

İkinci yerdə Cənubi Koreya gəlir. Bu ölkədə 873 yoluxma, 9 ölüm qeydə alınıb.

İtaliyada 231 nəfərin koronavirusa yoluxduğu, onlardan 7 nəfərin öldüyü açıqlanıb.  

Yaponiyada 160 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb.

Bundan başqa, Yaponiya sahillərində "Doamond Princess" kruiz gəmisində də koronavirusa yoluxma faktı qeydə alınıb. Karantin altına alınan gəmidə 691 nəfərin yeni virusa yoluxduğu, 4 nəfərin öldüyü bildirilir.

Yoluxma sayına görə, növbəti yerdə Sinqapurdur. Sinqapurda 90 nəfərdə koronavirus aşkarlanıb, ölüm qeydə alınmayıb. Honkonqda 81 yoluxma, 2 ölüm baş verib.