İranda 95 nəfər yeni koronavirusa yoluxub


Dünya 25 Fev 2020 14:06:55 140 0

İranda 95 nəfər yeni koronavirusa yoluxub

İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.