Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi


Sosial 25 Fev 2020 13:45:38 114 0

Güclü külək Azərbaycanın iki rayonunda fəsadlar törətdi

Güclü külək Tərtər və Bərdə&rayonlarında bir sıra fəsadlar törədib.

Güclü külək Tərtər və Bərdərayonlarında bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu gün günorta saatlarından başlayan güclü külək hər ikirayonda bir sıra fəsadlara yol açıb.

Belə ki, külək Tərtərşəhər 6 nömrəli orta məktəbin dam örtüyünü uçurub. Bununla əlaqədar olaraq həmin təhsil müəssisəsindədərslər dayandırılıb.

Bundan əlavə güclü külək Bərdə rayonunda yaşayış binasının dam örtüyünü uçurub. Küləyin təsirindənBərdə-Yevlax avtomobil yolunun kənarında yerləşən 20-yə yaxın irigövdəli ağac aşıb.

Eyni zamanda təbiət hadisəsi hər iki rayonda elektrik dirəklərini aşırıb və elektrik naqillərini sıradan çıxarıb. Bu səbəbdən hər ikirayonun bəzi ərazilərində elektrik enerjisinin verlişində fasilə yaranıb.

Rayon paylayıcı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən təmir və bərpa işlərinə start edilib.

Hazırda hər iki faktla bağlı müvafiqRayon Fövqəladə Hallar Komissiyası tərəfindəndəymiş ziyanın miqdarı və miqyasıaraşdırılır.