Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı


Sosial 25 Fev 2020 12:33:44 111 0

Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 21-də Səbail Rayon Polis İdarəsinin8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.