Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək


Digərləri 25 Fev 2020 11:39:30 137 0

Bakıda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.