Yeni tikilən binaların keyfiyyəti necə yoxlanılır? - VİDEOREPORTAJ


İqtisadiyyat 25 Fev 2020 11:31:45 125 0

Yeni tikilən binaların keyfiyyəti necə yoxlanılır? - VİDEOREPORTAJ

Bu gün insanlar yeni mənzil almağa maraqlı olmaqları ilə yanaşı binanın möhkəm, dayanıqlı olmasını istəyirlər. Yeni binanın tikilməsi üçün də Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müsbət rəyin verilməlidir.

Bu gün yeni mənzil almağa maraqlı olan insanlarbinanın möhkəm, dayanıqlı olmasını istəyirlər. Yeni binanın tikintisi üçün isəFövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müsbət rəy verilməlidir.

“Report”un əməkdaşı Dövlət Agentliyinin rəis müavini, Əməkdar memar Elxan Əsədovla rəy verilmə, nəzarət prosesinin həyata keçirilməsinin qaydalarıilə bağlı suallara cavab tapmağa çalışıb.

E.Əsədov bildirir ki, FHN tikilən və tikilməkdə olan binaların keyfiyyətli, tikinti norma və qaydalarına uyğun inşa edilməsi üçün hətta tikinti başlamamışdan əvvəl bəzi nəzarət funksiyalarını həyata keçirir: “Hər bir investor niyyətində olduğu tikinti layihəsini elə tikintiyə başlamazdan FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Baş ekspertiza idarəsinə təqdim etməlidir. Baş ekspertiza idarəsində bu layihə yoxlanılır, öyrənilir. Onun bütün tikinti norma və qaydalarına uyğunluğu, zəlzələyə dayanıqlığı məsələsi təsdiq edildikdən sonra layihəyə müsbət rəy verilir. Yalnız bundan sonra tikintiyə icazə verən orqanlar həmin obyektin tikintisinə razılıq verə bilərlər. Bu, agentliyin tikintiyə başlamazdan əvvəlki nəzarət funksiyasıdır. İkinci mərhələdə, yəni tikintiyə icazə verildikdən sonra bizim nəzarət funksiyalarımız başlayır. Bilirik ki, Bakıda tikintiyə icazə verən orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər bölgələrində isə yerli icra hakimiyyəti orqanlarıdır. Onlar tikintiyə icazə verdikdən sonra üç gün ərzində icazə sənədinin sürətini agentliyə təqdim etməlidirlər ki, biz həmin obyektləri qeydiyyata alaq və nəzarəti həyata keçirməyə başlayaq. Sənədlər təqdim edildikdən sonra həmin obyektə dövlət nəzarəti jurnalı təqdim edirik. Həmin jurnal tikinti başlanandan tikintinin sonuna kimi, tikinti meydançasında saxlanılır. Yəni, o nömrələnir və möhürlənir. Heç bir vərəqi cırıla bilməz və dəyişiklik aparıla bilməz”.

Rəis müavini mövcud qanunvericiliyə görə, tikintidə bir neçə nazarət növünün olduğunu deyir: “Birincisi, müəllif nəzarəti adlanır ki, orada müəlliflərin hər biri öz sahəsində tikinti getdikcə prosesə nəzarət edir. Məsələn, konstuktor armaturun vəziyyətini, düzgün yığılıb-yığılmamasını yoxlayır. Eyni zamanda su, elektrik, havalandırma təhcizatı ilə bağlı mütəxəssislər işlər həyata keçirildikcə, mərhələ-mərhələ yoxlayır. Onlar jurnala qeydlər edirlər ki, bəli, bu hissə düzgün yerinə yetirilib, layihəyə uyğundur və davam etmək olar.İkinci nəzarət növü obyekt sahibinin apardığı nəzarətdir ki, onun da adı qanunvericilikdə texniki nəzarətdir. Onlar da öz jurnallarında həyata keçirdikləri nəzarətin nəticələrini qeyd edirlər.Üçüncü nəzarət növü tikinti şirkətinin daxili əməliyyat nəzarətidir. Məsələn, beton və ya armatur hansı zavoddan gəlməsi, neçəyə alınması, necə saxlanılması, karroziyadan qorunub-qorunmaması, işçilərin vaxtı-vaxtında gəlib-gəlməməsi və kaskadan istifadə edib-etmədikləri qeyd edilir. Bizim apardığımız dövlət nəzarəti isə bütün bu nəzarətlərin üzərindədir. Tutaq ki, binanın zirzəmi hissəsinin tikintisi üçün yerində qəliblər qurulub, armaturlar düzülüb və betonlama mərhələsi qalıb. Burada bizim rəyimiz olmadan betonlama aparıla bilməz. Müfəttişlərimiz tikinti meydançasına gəlir və jurnaldakı qeydləri yoxlayırlar. Özləri də vizual baxdıqdan sonra həmin hissənin betonlanmasına icazə verirlər. Bu proses tikinti sona çatana kimi mərhələli şəkildə açar təhvilinə qədər davam edir”.

"Bəzi insanlar binaların zəlzələyə davamlı olub-olmadıqlarından şübhəlidir"

E.Əsədov insanların nahaq yerə narahat olduqlarını deyir: “Bildiyimiz kimi, Azərbaycanın bəzi hissələri seysmik ərazilərdir. Mövcud qanunvericiliyə görə, bütün binalarımız rixter cədvəli ilə minumum 8 bala hesablanıb. Bəzi hallarda, əsasən də, Xəzər dənizinə yaxın ərazilərdə geoloji araşdırmaların nəticəsinə görə, 9 bal tələbi də qoyula bilər ki, Azərbaycanda bütün binalar 8 və 9 bala hesablanır. Bizim vətəndaşlar bu gün tikilən binalarda mənzillər almaqdan qorxmasınlar. Biz tam əminliklə söyləyə bilərik ki, bu gün tikilən binaların hamısı tikinti normalarına uyğun tikilib, zəlzələyə dayanıqlıdır. Gələcəkdə dayanıqlılıqla bağlı heç bir fəsadlar ola bilməz”.

Video: Vüqar Xanlarov