Ərdoğan: "2019cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb"


Siyasət 25 Fev 2020 11:25:00 104 0

Ərdoğan: "2019cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb"

2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri ərəfəsində mətbuat konfransı zamanı deyib.

O xatırladıb ki, Bakıya sonuncu dəfə ötən il oktyabrın 15-də gəlib:

"Noyabrın 30-da isə azərbaycanlı həmkarım İlham Əliyevi Ankarada qəbul etmişəm. Azərbaycan Prezidenti ilə müxtəlf məsələləri telefonla müzakirə edirik".

R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, amma 2015-ci ildə qeydə alınmış 5 milyard dollar həcmindən azdır".

Türkiyə Prezidenti daha sonra qarşılıqlı investisiyalar barədə danışıb:

"Türkiyənin Azıərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatıb. Eyni zamanda Azərbaycanın Türkiyəyə investisiyaları 20 milyard dollar təşkil edir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.