Almaniyada 197 illik karnaval: “Rosenmontag” - FOTO


Dünya 25 Fev 2020 11:21:59 131 0

Almaniyada 197 illik karnaval: “Rosenmontag” - FOTO

Bu il 197-cisi təşkil olunan və Almaniyanın ən əhəmiyyətli karnavallarından olan "Rosenmontag" (Güllər Bazar ertəsi) əyləncəli görüntülərə səhnə olub.&

Bu il 197-ci dəfətəşkil edilən və Almaniyanın ən əhəmiyyətli karnavallarından olan "Rosenmontag" (Güllər Bazar ertəsi) əyləncəli görüntülərə səhnə olub.

“Report”un Avropa bürosunun məlumatına görə, Köln və Şimali Reyn-Vestfaliya əyalətinin digər şəhərlərindəki fərqli və rəngarəng geyimli milyonlarla insan küçələri doldurub.

Ötən gün karnavalın ənənəvi yürüşü keçirilib.

İlk dəfə 1823-cü ildə Köln şəhərində təşkil edilən "Rosenmontag" karnavalında xalq müxtəlif geyimlərlə küçələrə çıxıb. Yüzdən çox karnaval dərnəyi tərəfindən təşkil edilən tədbir çox vaxt Braziliyadakı Rio karnavalına bənzədilir.

Ancaq Almaniyadakı “Rosenmontag”da müxtəlif qruplar bəzədilmiş TIR, traktor və digər avtomobillərin üzərinə çıxaraq "Kamelle" (Şəhər!) qışqıran hər kəsə konfet atırlar. Karnaval dövrü gəzintilər, əyləncələr, maskalı şoular və şənliklərlə davam edir.

Karnavalın ən maraqı hissəsi siyasətçilərin hazırlanan kuklaları ilə keçiddir. Bu zaman Almaniya və dünya gündəmini zəbt edən siyasi hadisələr kreativ yollarla karnaval iştirakçılarına çatdırılır.

Məlumat üçün bildirək ki,Almaniyada karnaval sezonu "beşinci mövsüm" adlanır. Karnaval sözü latınca "carne vale" sözündən gəlir, mənası da "ətlə vida" deməkdir. Ancaq karnavalda iştirak edənlər mal və donuz ətindən hazırlanan müxtəlif yeməklərdən dada bilirlər. Karnaval günü pivə kimi spirtli içkilər əvvəlki günlərlə müqayisədə nisbətən ucuz olur.

Almanlar daha çox rəngarəng və maraqlı görünüşlü karnaval geyimlərinə daha çox pul xərcləyirlər.Məsələn, Almaniya Ticarət Birliyinin bu il keçirdiyi sorğuya görə, almanlar karnaval geyimlərinə 360 milyon avro pul xərcləyiblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək