Bakıda 7 marşrut xəttinin yolunu dəyişdirəcək


İqtisadiyyat 25 Fev 2020 11:25:01 128 0

Bakıda 7 marşrut xəttinin yolunu dəyişdirəcək

BNA sabah 7 marşrut xəttinin yolunu dəyişdirəcək

© google.az

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar sabah Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, məlum anım tədbiri ilə əlaqədarpaytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.