Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib


Siyasət 25 Fev 2020 10:41:00 118 0

Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Türkiyə Azərbaycanla yerüstü yükdaşımaları sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.

Son.az xəbər verir ki, Trend bu barədə "Resmi gazete"yə istinadən məlumat verir.

Qeyd olunur ki, tərəflər arasında saziş 2019-cu il dekabrın 6-da Bakıda imzalanıb.

Saziş yük daşımalarının həcminin artırılmasına yönəlib. 2020-ci il üçün kvota tərəflər arasında 35 min daşıma həcmində müəyyən edilib:

"Digər ölkələrdən Türkiyə və Azərbaycan vasitəsilə tranzitlə il ərzində 2,5 min, Türkiyə limanlarından 300 daşıma həyata keçirilə bilər".