ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir


Siyasət 25 Fev 2020 10:43:00 143 0

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

K.Donnelli Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının iclası fevralın 28-də keçiriləcək.