Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”


Siyasət 25 Fev 2020 10:59:50 105 0

Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşməmişdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib

© tccb.gov.tr — Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərəyola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

“Report” xəbər verir ki, o, jurnalistlərin səfərlə bağlısuallarını cavablandırıb.

“Ölkəmizin Azərbaycanda qoyduğu sərmayələr 11 milyard ABŞ dollarına çatır. Azərbaycanın ölkəmizdəki investisiyasınınbu ilin sonunadək 20 milyard ABŞ dollarına çatacağını gözləyirik. Azərbaycanın inkişafına bundan sonra dafayda verməyə davam edəcəyik”, - R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” ilə əlaqədar bu gün Azərbaycana rəsmi səfər edəcək.

Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.