Ali Məhkəmə icra başçısının sərəncamı haqda qərar verəcək FOTO


Digərləri 25 Fev 2020 10:52:00 131 0

Ali Məhkəmə icra başçısının sərəncamı haqda qərar verəcək  FOTO

Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsinə dair verdiyi ikinci sərəncamla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermerə verilən torpaq sahəsini qalmaqallı iş adamı hacı İbrahim Nehrəmliyə satıb.

Belə ki, 100 milyardlıq "Xəzər adaları" layihəsi iflas olduqdan sonra qoyunçuluqla məşğul olan iş adamı Saatlıdan 30 hektar torpaq icarəyə götürüb. Lakin həmin torpağı 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün 30 hektar torpaq sahəsi kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin Siraqəddin Cabbarov 2018-ci ildə torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib. 

İ.Nehrəmli də bir müddət sonra "Rom-Alpinos süd və ət məhsulları" MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib. 

Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb.

Amma Şirvan Apelyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti və şirkət cavabdeh şəxs kimi cəlb olunub. İşə fevralın 27-də hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.