Bakıda fəhlə faciəli şəkildə öldü


Sosial 25 Fev 2020 10:47:27 154 0

Bakıda fəhlə faciəli şəkildə öldü

Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

© Pexels.com

Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

“Report”un xəbərinə görə, hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.